Paytaxt sakinindən 1 kiloqramdan çox marixuana götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt sakinindən 1 kiloqramdan çox marixuana götürülüb

12:39 - 09 / 04 / 2018
Paytaxt sakinindən 1 kiloqramdan çox marixuana götürülüb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
567

Son xəbərlər

Bütün xəbərlər