Samsung-dan “Eksklüziv displey zəmanəti” – gözlənilməz hadisələrdən sığortalanın
“Corning Incorporated” şirkətinin keçirdiyi tədqiqatlar nəticəsində smartfon istifadəçilərinin 85%-i ildə heç olmasa bir dəfə cihazların əldən düşməsi faktını qeyd ediblər, 55%-i isə bu halın ildə 3 və daha artıq təkrarlandığını bildirib.
Ən əsası isə, bu hadisələrin üçdə biri displeyin zədələnməsi ilə nəticələnir. Bütün qeyd edilənləri nəzərə alaraq, Samsung şirkəti istifadəçilərə unikal “Eksklüziv displey zəmanəti”ni təklif edir.
Bu unikal təklif haqqında yarana biləcək üç ən vacib:
1) Samsung-dan “Eksklüziv displey zəmanəti” nə deməkdir?
- Bu ilin 30 iyun tarixinə qədər orijinal holoqramlı Samsung Galaxy S9 və S9+ əldə edən hər kəs “Eksklüziv displey zəmanətinə” sahib olur. Belə ki, displey zədələnərsə, onu cəmi 49 AZN-ə dəyişmək mümkün olacaq. Zəmanət smartfonlar əldə edilən gündən bir il müddətində qüvvədə olacaq. Zəmanət çərçivəsində displeyi yalnız bir dəfə dəyişmək mümkündür.
2) Bu zəmanət fiziki zədə və sınıqlara aid edilirmi?
- Zəmanət sadəcə yanmış piksellər və işləməyən “touch screen” kimi sistem zədələrini deyil, displeydə yarana biləcək istənilər nasazlığı, o cümlədən fiziki zədələri də əhatə edir. Belə ki, telefon qəflətən əldən düşərək ekranı çatlayarsa, onu yenisi ilə cəmi 49 AZN-ə əvəz etmək olar.
3) Zəmanətin mövcudluğu smatrfon displeylərinin “kövrək” olmasından irəli gəlir?
- Əlbəttə ki, xeyr. Qeyd olunan zəmanət Samsung şirkətinin öz istifadəçilərinə olan unikal təklifidir və yarana biləcək gözlənilməz hadisələrdən sığortadır. Əlavə olaraq qeyd etmək lazımdır ki, yeni S9 xəttini təmsil edən smartfonların displyeləri Corning şirkətinin istehsalı olan super dayanıqlı Gorilla Glass 5 şüşəsi ilə təchiz olunublar.
Yeni Galaxy S9 xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.
Reklam hüququnda