Bəhreyn Azərbaycana birbaşa uçuşlara başlayır - TARİX | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəhreyn Azərbaycana birbaşa uçuşlara başlayır - TARİX

11:28 - 13 / 04 / 2018
Bəhreyn Azərbaycana birbaşa uçuşlara başlayır - TARİX

Bəhreynə məxsus “Gulf Air” aviaşirkətinin Bakıya birbaşa uçuşlara başlamasının tarixi bəlli olub.

1news.az xəbər verir ki, aviaşirkət iyunun 12-dən uçuşları yerinə yetirəcək. 

“Gulf Air” may və iyun aylarından Azərbaycanla yanaşı Mərakeş, Hindistan, Səudiyyə Ərəbistanı və Misirə də uçuşlar yerinə yetirəcək.

Qeyd edək ki, Bakıya uçuşun müddəti 4 saat 25 dəqiqədir.

Bu yaxınlarda Bəhreyn hökuməti Azərbaycan vətəndaşları üçün elektron viza sisteminə keçidi təmin edib.

P.Sultanova

Paylaş:
608

Son xəbərlər

Bütün xəbərlər