Bakıda Böyük Şor gölü üzərindən yeni yol tikilir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Böyük Şor gölü üzərindən yeni yol tikilir – FOTO – VİDEO

16:42 - 17 / 04 / 2018
Bakıda Böyük Şor gölü üzərindən yeni yol tikilir – FOTO – VİDEO

Paytaxtın Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolun tikintisi işlərinə başlanılıb.

1news.az-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sözügedən yol Böyük Şor gölünün üzərindən çəkilir. Belə ki, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünü iki hissəyə böləcək 1570 metr uzunluğunda bəndin üzərindən keçir.

Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda sözügedən ərazidə torpaq işləri aparılır, yol profilə salınır, 23,5 metr enində yol yatağının tikintisi işləri aparılır.

Layihə çərçivəsində yeni yol 2 gediş - 2 gəlişli olmaqla 4 hərəkət zolaqlı olacaq. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr nəzərdə tutulub. İstiqamətləri ayırmaq məqsədilə 1 metr enində yol ayrıcının inşası da planlaşdırılır.

Yeni avtomobil yolunun əvvəlində və sonunda tunellər (416 və 206 metr) inşa ediləcək. Tunellərin hər biri 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də, Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənir.

1news.az

Paylaş:
4594

Son xəbərlər

Kəlbəcərə ilk köç olacaq

12 / 06 / 2025, 16:48
Bütün xəbərlər