Edison şirkəti “Şahdəniz”dən qaz alacaq - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Edison şirkəti “Şahdəniz”dən qaz alacaq - FOTO

19:16 - 18 / 04 / 2018
Edison şirkəti “Şahdəniz”dən qaz alacaq - FOTO

“Şahdəniz-2” layihəsi çərçivəsində qaz satışlarına dair İspaniyanın “Gas Natural Fenosa” şirkəti ilə imzalanmış saziş üzrə hüquqlar İtaliyanın aparıcı enerji şirkəti olan “Edison”a ötürülüb.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, bu, İtaliyanın qazpaylayıcı şəbəkəsinin alınması da daxil olmaqla daha böyük razılaşmanın bir hissəsi kimi həyata keçirilib. “SOCAR Tower”də baş tutan imzalanma mərasimində SOCAR, Azərbaycan Qaz Tədarükü Şirkəti (AGSC), Edison və Gas Natural Fenosa şirkətlərinin nümayəndələri iştirak ediblər. Edison “Şahdəniz-2” layihəsi çərçivəsində 25 illik qaz tədarükü hüququ alıb. Tədarükə 2020-ci ildə, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlandıqdan sonra başlanılması planlaşdırılır.

Qeyd edək ki, 2017-ci il oktyabrın 13-də “Edison” və “Gas Natural Fenosa” arasında İtaliyanın mühüm qazpaylayıcısı olan Gas Natural Vendita Italia-nın (GNVI) transferi haqqında razılıq əldə olunub. Fenosanın “Şahdəniz-2” qaz satışı sazişinin Edisona ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləyib. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutub. "Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir", - deyə məlumatda vurğulanıb.

Baş ofisi Milanda yerləşən “Edison” İtaliyanın elektrik və təbii qaz təchizatı sahəsində fəaliyyət göstərən əsas enerji şirkətidir. Onun bütün qitədə filialları var. “Edison” karbohidrogen sektorunda təbii qaz və xam neftin hasilatından tutmuş paylanması və satışına qədər geniş bir spektrdə fəaliyyət göstərir. 2017-ci ildə İtaliyada qaz idxalının 22%-i və qaz istehsalının 6%-i “Edison”un payına düşüb.

1news.az

Paylaş:
507

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər