Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları keçib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları keçib

10:38 - 20 / 04 / 2018
Azərbaycan neftinin bir barrelinin qiyməti 76 dolları keçib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

 1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar azalaraq 73,64 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 68,09 dollar təşkil edib.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,54 dollar bahalaşaraq 76,15 dollar olub.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər