Meksikanın ticarət missiyası Azərbaycanda səfərdədir
Meksikanın ticarət missiyası Azərbaycanda səfər edib.
1news.az-a Meksikanın Bakıdakı səfiliyindən verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanla əlaqələrin və münasibətlərin möhkəmləndirilməsidir.
Ticarət missiyasına bir neçə tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının nümayəndəsi daxildir.
Missiya Azərbaycan sahibkarları, idxalçı və distribyutorları ilə bir sıra işgüzar görüşlər və dequstasiyalar keçirəcək. Son illər ərzində Azərbaycan bazarında bu içkiyə qarşı marağın artması müşahidə olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci il ərzində Azərbaycan tərəfindən idxal olunan spirtli içkilərin (araq, viski, rom, aquardiente, cin, şərab və likör istisna olmaqla) 52%-i tekilanın üzərinə düşür.
Tekila dünyada idxal üzrə viski və vodkadan sonra üçüncü içkidir, hansıkı Meksikanın Qərbində yerləşən Xalisko ştatının Tekila şəhərində istehsal olur. 12 iyul 2006-cı ildə tekila istehsal edən Meksika şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət təşkilatı (YUNESKO) tərəfindən “Aqava plantasiyasının landşaftı və tekila istehsal edən qədimi müəssələr” adı ilə Bəşəriyyətin irsi elan edilib.
Tekila – Meksikanın tarixini, mədəniyyətini və müxtəlifliyini simvolizə edən tanınmış içkisidir. Meksikanın ənənəvi içkisi olan tekila Azərbaycan icmasının Meksika mədəniyyəti və gastronomiyası ilə birgə içkinin müxtəlifliyi və istehsal mərhələsi ilə tanış olması üçün ən uyğun variantdır.
Ticarət missiyasının səfəri aprelin 30-dək davam edəcək.
P.Sultanova