“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib - FOTO

11:45 - 02 / 05 / 2018
“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib - FOTO

Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.

Məqalədə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlik, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açılıb. Qeyd olunub ki, mədən sənayesində mövcud potensialı reallaşdırmaq üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən, Cəmiyyətə ölkə ərazisində yerləşən perspektivli əlvan metal sahələrinin tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması həvalə edildiyi diqqətə çatdırılıb.

Məqalədə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsindən 2017-ci ildə 77,340 milyon dollar dəyərində qiymətli metal ixrac etdiyindən bəhs olunub. Bununla yanaşı, Avropanın ən iri polimetal yataqlarından biri olan Balakəndəki Filizçay yatağında aparılan qiymətləndirmə işləri, həmçinin Balakəndə yerləşən digər yataqda – Mazımçayda, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa səhəsində, Göygöl rayonu ərazisində yerləşən Kürəkçay sahəsində, Şəmkir rayonu ərazisində yerləşən Qaradağ yatağında həyata keçirilən davamlı fəaliyyət jurnal səhifələrində işıqlandırılıb.

Korporativ Sosial Məsuliyyət beynəlxalq səviyyəli hasilatçı şirkətlərdə olduğu kimi “AzerGold” QSC-nin fəaliyyətində də əhəmiyyətli yer tutduğuna görə məqalədə bu istiqamətə xüsusi diqqət ayrılıb. Çovdar filiz emalı sahəsində çalışan insanların əksəriyyətinin ətraf bölgələri təmsil etdiyi, yerli icmalarla mütəmadi görüşlərin təşkil olunduğu, onların sosial rifahının yaxşılaşdırılması üçün sosial dəstək layihələrinin icra edildiyi, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, “World Mining” jurnalının dünyanın 40-dan çox ölkəsində top-menecerlər, direktorlar və potensial investorları əhatə edən 70 mindən çox oxucu auditoriyası var.   

Reklam hüququnda

           

 

Paylaş:
654

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər