PAŞA Sığorta “Baharın 5 anı” hədiyyə kampaniyasını təqdim edir
PAŞA Sığorta şirkəti könüllü avtomobil sığortası (KASKO) ilə bağlı “Baharın 5 anı” hədiyyə kampaniyasına start verir.
Mayın 31-dək KASKO könüllü avtomobil sığortası məhsulu üzrə müraciət edəcək müştərilər kampaniyada iştirak etməklə baharın ən xoş anını PAŞA Sığortadan hədiyyə ilə yaddaqalan edə bilərlər. Beləliklə, minimal 450 AZN məbləğində KASKO sığortası əldə edən hər bir fərdi müştəriyə 5 ədəd hədiyyəli mücrü təqdim ediləcək və müştəri təsadüfi seçim əsasında mücrüdən çıxan hədiyyəyə sahib olacaq.
Qeyd edək ki, 450-2500 AZN KASKO sığorta haqqına malik müştərilərə seçim üçün 100 AZN balansa malik Azpetrol yanacaq kartı, səyahət kuponu, “MyBrands” alış-veriş kartı, avtomobil üçün tozsoran, video-qeydiyyat cihazının yer aldığı mücrülər təqdim olunacaq. KASKO üzrə sığorta haqqı 2500 AZN-dən çox olan müştərilərə isə seçim üçün təqdim ediləcək mücrülərdə 200 AZN balansa malik Azpetrol yanacaq kartı, səyahət kuponu, “MyBrands” alış-veriş kartı, avtomobil üçün tozsoran və “bluetooth” qulaqcıq, video-qeydiyyat cihazı və “bluetooth” qulaqcıq hədiyyələri yer alır.
Hər zaman innovativ yanaşmalarla fərqlənən PAŞA Sığorta şirkəti müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə hədiyyə seçimi üçün müştərilərə xüsusi onlayn platforma təqdim edir. Bununla yanaşı, müştərilər istəyə uyğun olaraq KASKO əldə etdikdən sonra hədiyyə seçimini real mücrülərlə həyata keçirmək üçün PAŞA Sığortanın baş ofisinə və ya “Port Baku” xidmət məntəqəsinə yaxınlaşa bilərlər.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə, o cümlədən Bravo Hipermarketdə yerləşən yeni satış məntəqəsinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.
Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Reklam hüququnda