Neft bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
1news.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,73 dollar artaraq 76,58 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,49 dollar bahalaşaraq 70,55 dollar olub.
1news.az
653