Millimiz Gürcüstana uduzdu

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
1news.az-ın məlumatına görə, Rəşad Sadıqovun rəhbərlik etdiyi millimiz gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar.
Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoldaşlıq oyunu
16 may
Azərbaycan U-20 – Gürcüstan U-20 - 1:2
Qollar: Ziya Əzizov, 66 - Muciri, 78, David Samurkasovi, 83
1news.az
414