“Atletiko” Avropa Liqasının üçüncü kubokunu 3 qolla qazandı – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Atletiko” Avropa Liqasının üçüncü kubokunu 3 qolla qazandı – VİDEO

09:42 - 17 / 05 / 2018
“Atletiko” Avropa Liqasının üçüncü kubokunu 3 qolla qazandı – VİDEO

Futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçirilib.

1news.az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşib.

Lion şəhərindəki “Stad de Lümer” stadionunda baş tutan həlledici görüşdə Fransa “Marsel”i ilə İspaniya “Atletiko”su üz-üzə gəlib.

Görüşdə hesab 21-ci dəqiqədə açılıb. Antuan Qrizman dəqiq zərbə ilə “Atletiko”nun ilk qolunu vurub. İkinci hissənin əvvəlində Qrizman dubl edərək komandasının üstünlüyünü bir az da möhkəmləndirib.

Oyunun başa çatmasına bir dəqiqə qalmış Qabi üçüncü dəfə “Marsel” komandasını oyuna meydanın mərkəzindən başlamağa məcbur edib.

Nəticədə rəqibinə 3:0 hesabı ilə qalib gələn “Atletiko” klubu üçüncü dəfə Avropa Liqasının kubokuna sahib çıxıb.

UEFA Avropa Liqası

Final

16 may

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3

Qollar: Qrizman, 21, 49, Qabi, 89

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion, “Park Olimpik Lion”

Babək Cahandarov

Paylaş:
738

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər