Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb | 1news.az | Xəbərlər
İdman

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

11:04 - 20 / 05 / 2018
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu münasibətlə Gəncə şəhərində idman paradı keçirilib.

Beş mindən çox parad iştirakçısı hərbi orkestrin müşayiəti ilə Gəncə Dövlət Universitetinin 3-cü tədris binasının önündən Heydər Əliyev prospekti boyunca şəhərin baş meydanına yürüş edib. Olimpiya, dünya və Avropa çempionları, şəhərin idman məktəblərinin məşqçi-müəllimləri və şagirdləri, Kəpəz Peşəkar Futbol Klubunun heyəti, orta məktəblərin “Şahin”ləri, habelə tələbə-gənclər Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsini coşqu ilə qarşılayıblar. Şəhər icra hakimiyyətinin və Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən parada Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının fəal gəncləri də qoşulub.

Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıblar. Havaya rəngli şarlar və sülh rəmzi olan göyərçinlər buraxılıb.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə “ACES Europe” təşkilatı tərəfindən 2019-cu il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə şəhər sakinlərini təbrik edən Elmar Vəliyev deyib: “Gələn il Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, həmçinin digər müvafiq qurumlarla birgə şəhərdə müxtəlif layihələr reallaşdırılacaq. Çalışacağıq ki, Avropanın İdman Şəhəri adını layiqincə daşıyaq”.

Diqqətə çatdırılıb ki, Gəncədə hazırda üç idman məktəbi fəaliyyət göstərir. Bu məktəblərin yetirmələri həm ölkə, həm Avropa, həm də dünya miqyaslı yarışlarda yüksək nailiyyətlər qazanırlar. Şəhərdə peşəkar və həvəskar futbol klubları yaradılıb.

Paradda idmançıların nümunəvi çıxışları və “RedBull” şirkətinin təşkil etdiyi futbol oyunu maraqla izlənilib.

Qeyd edək ki, “ACES Europe” - Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən təşkilatdır. “ACES Europe” hər il 9-19 şəhəri “Avropa İdman Şəhəri”, 1 şəhəri isə “Avropa İdman Paytaxtı” titulu ilə təltif edir. Layihə dörd ildir ki, reallaşdırılır.

S.Xankişiyeva

 

Paylaş:
890

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər