Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:43 - 21 / 05 / 2018
Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

1news.az-ın “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

“Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

1news.az

Paylaş:
191

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər