Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır

15:20 - 22 / 05 / 2018
Prezident: Serbiya Azərbaycan şirkətlərinə subsidiyalar verməyə hazırdır

Serbiya azərbaycanlı sahibkarları ölkə iqtisadiyyatının bir sıra sahələrinə investisiya qoymağa çağırır.

1news.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda keçirilən Azərbaycan-Serbiya işgüzar görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Serbiya Azərbaycan şirkətlərinə müxtəlif güzəştlər, imtiyazlar və subsidiyalar verməyə hazırdır:

“Siz Serbiyada istənilən sahəyə investisiya yerləşdirə bilərsiniz və investisiyanın həcmindən asılı olaraq biz 15 faizdən 20 faizədək güzəştlər tətbiq edirik. Mən azərbaycanlı sahibkarları daşınmaz əmlaka, hotel işlərinə, səhiyyə və digər sahələrə investisiya qoymağa çağırıram. İnvestorlara vergi güzəştləri və müxtəlif subsidiyalar təqdim olunacaq”.

1news.az 

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər