Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib

10:15 - 22 / 05 / 2018
Azercell XXV "TİBO-2018" sərgisində ölkəmizi təmsil edib

Azərbaycan rabitə bazarının lider şirkəti Azercell Telekom ölkəmizi daha bir beynəlxalq sərgidə təmsil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda Azercell özünün ən son yeniliklərini, 3G və 4G texnologiyalarını, korporativ strukturlar üçün M2M texnologiyaları üzərində çalışan müxtəlif xidmətləri, eləcə də şirkətlər üçün mövcud olan mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan Virtual ATS xidmətini təqdim edib.

Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər sərgiyə təşkil olunan VİP tur çərçivəsində Azərbaycan Milli Pavilyonuna baş çəkərək, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə yaxından tanış olublar.

Dünyanın 15 ölkəsindən 100-dən çox şirkətin öz məhsullarını təqdim etdiyi sərgi-forum informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.    "TİBO-2018" sərgisini dövlət idarəetmə orqanları, elmi-tədqiqat və tədris müəssisələri, müxtəlif iqtisadi sahələr və mülkiyyət formalı müəssisələrin 18 000-dən çox nümayəndəsi  ziyarət edib.

Qeyd edək ki, Azercell dəfələrlə ölkəmizi beynəlxalq sərgi və konfranslarda uğurla təmsil edərək nüfuzlu mükafatlara layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda 

 

 

Paylaş:
461

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər