Böyük Şor gölünün üzərində tikilən avtomobil yolu gələn il yekunlaşacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Böyük Şor gölünün üzərində tikilən avtomobil yolu gələn il yekunlaşacaq

16:05 - 23 / 05 / 2018
Böyük Şor gölünün üzərində tikilən avtomobil yolu gələn il yekunlaşacaq

Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir. Yol Böyük Şor gölünün üzərindən inşa edilir.

Agentliyin mətbuat xidmətindən 1news.az bildirilib ki, 2,7 kilometr uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir.

Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hər bir zolağın eni 3,75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub. İnşaat işləri bir-neçə hissə üzrə icra olunur. Bu əsas yolun, tunellərin və qovşaqların tikintisidir.

Hazırda isə əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri ğörülür, yararsız qrunt təqribən 160 min kubmetr həcmdə qazılaraq çıxarılır.

Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılır, hündür hissələr isə qazılaraq aşağı salınır, tökülmüş torpaq lay-lay kipləşdirilir və 23,5 metr enində, təqribən 58 min kubmetr həcmdə yeni yol yatağının tikintisi işləri aparılır.

Yol boyu istiqamətləri ayırmaq məqsədilə 1 metr enində və 2727 metr uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kvadratmetr sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kvadratmetr sahədə çiyinlərin tikintisi aparılacaq.

Layihə çərçivəsində əsas yol boyu ayrıcı zolaq və səkilərin kənarlarına 8200 poqonmetr səki daşı düzüləcək, 16 ədəd yol nişanı və 3400 poqonmetr metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularını axıdılması üçün isə 1372 metr uzunluğunda, 300 millimetr diametrində drenaj borular çəkiləcək.

Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da planlaşdırılır. Tunellərin uzunluğu müvafiq olaraq 417,5 metr (qapalı hissə 67,5 metr) və 294,5 metr (qapalı hissə 22,5 metr) təşkil edəcək.

Hazırda tunellərin inşası məqsədilə monolit dəmir-beton svayların vurulması işləri görülür. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22 800 metr olan 1000 millimetr diametrli svaylar vurulacaq. Bundan başqa, tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılacaq, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunacaq.

Layihəyə uyğun olaraq, tunellərdə 180 metr uzunluğunda monolit dəmir-beton suaxıdan kanal quraşdırılacaq, 360 metr uzunluğunda səki daşları düzüləcək, tunellərin döşəməsinin altındakı qrunt sularının kənara axıdılması üçün 300 və 500 millimetr diametrində 3520 metr uzunluğunda metal borular quraşdırılacaq, divar, sütun və tavan üzlük materiallarla üzlənəcək, giriş və çıxış hissələrdə elektron reklam lövhələri quraşdırılacaq, həmçinin 1400 və 1600 millimetr diametrli su kəmərlərinin mühafizəsi üçün qapalı monolit dəmir-beton tunel inşa olunacaq.

Aparılan işlər çərçivəsində 4 avtobus dayanacağı quraşdırılacaq, yeni yolun giriş və çıxış hissələrində qovşaqlar qurulacaq. Qovşaqların ətrafında 300 kvadratmetr sahədə səki inşa ediləcək, qovşaqların ərazisində 655 metr uzunluğunda səki daşları düzüləcək. Həmçinin sutkanın qaranlıq saatlarında yolun işıqlandırılması üçün müasir işıqlandırma sistemi qurulacaq, yol boyu bir və iki tərəfli işıqlandırmanı təmin edən 461 ədəd işıq dirəkləri quraşdırılacaq.

Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işlərinə uyğun olaraq hazırda torpaqların alınması və müxtəlif təyinatlı maneələrin, yəni hərbi təyinatlı obyektin, biznes obyektlərinin, fərdi yaşayış evlərinin sökülməsi, həmçinin yola düşən yüksək gərginlikli hava xəttinin dayağının, əhali və sənaye obyektləri üçün nəzərdə tutulmuş 250 millimetr diametrində 2 ədəd qaz xəttinin, uzunluğu 300 metr, diametri 300 millimetr olan kanalizasiya xətlərinin və yüksək təzyiqli qaz və neft xətlərinin köçürülməsi və mühafizəsi, həmçinin 90 metr uzunluğunda və 530 millimetr diametrində yeni kanalizasiya xəttinin çəkilməsi işləri də aparılır.

Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər.

Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətdə yerləşən digər qəsəbələrə, eləcə də, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər.

Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Bundan başqa, yuxarıda sadalanan qəsəbələrin sakinlərinin Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da, həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.

Tikinti işləri tərtib olunmuş qrafiklə mövcud tikinti norma və standartlarına uyğun şəkildə yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yeni yolun tikintisinin 2019-cü il ərzində yekunlaşdırılması planlaşdırılır.

1news.az

Paylaş:
375

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər