Instagram-da yeni funksiya aktivləşdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Instagram-da yeni funksiya aktivləşdi

11:05 - 23 / 05 / 2018
Instagram-da yeni funksiya aktivləşdi

Instagram-da bir çox istifadəçinin gözlədiyi funksiya aktivləşdi.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, istifadəçilər izləmək istəmədiyi dostlarını “səssiz” (“Mute”) rejiminə qoya biləcəklər.

Bu funksiya aktivləşdikdə həmin şəxsləri dostluqdan çıxarmadan paylaşımlarını izləməyi dayandıracaqsınız. Səssizləşdirdiyiniz hesab isə bunu bilməyəcək və istədiyiniz zaman həmin şəxsi yenidən “Mute” rejimindən çıxara bilərsiniz.

Qeyd edək ki, bu funksiya Facebook və Twitter sosial şəbəkələrində də var.

S.Xankişiyeva

 

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər