Bakı Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

14:07 - 26 / 05 / 2018
Bakı Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Bakı Şopinq Festivalı öz iştirakçılarına sərfəli, rəngarəng və  bol hədiyyəli  ailəvi alış-veriş imkanı yaradır.

1news.az-ın verdiyi xəbərə görə, Şopinq Festivalında dünyanın bir çox brendləri tərəfindən qadın, kişi, uşaq geyimləri, ətirlər, elektron cihazlar və oyuncaqlar ən sərfəli qiymətlərlə təqdim edilir. Üstəlik, 100 AZN-dən çox alış-veriş etdiyiniz zaman “Tax Free”  xidmətindən  yararlanaraq xərclədiyiniz məbləğin ƏDV-sinin bir qismini geri ala bilərsiniz. 

Bakı Şopinq Festivalının iştirakçıları həm də həftə sonlarını əyləncəli keçirmək şansı qazanırlar. 100 AZN-dən  çox alış-veriş etdikdə siz şənbə və bazar günləri saat  13:00-dan 20:00-a  qədər  Gənclik Mall-da Uğur Çarxı, Park Bulvarda Şopomaniya interaktiv oyununda  xallar  toplayaraq müxtəlif  hədiyyələr əldə edə bilərsiniz. 

Bundan başqa, Bakı Şopinq Festivalına qoşulmuş ƏDV ödəyicisi  olan mağazalardan  100 AZN-dən çox,  sadələşdirilmiş  vergi ödəyicisi iştirakçılardan isə 50 AZN-lik alış-veriş etdikdə  festivalın onlayn  lotereyasında iştirak hüququ qazanırsınız.  Lotereyada  hər  bir iştirakçının iki dəfə  uduş əldə etmək şansı var.  Festivalın rəsmi saytında yerləşən  http://bakushopfest.com/lottery/index.php?p=etrafli/az lotereya səhifəsində  qeydiyyatdan  keçərkən ilk mərhələ  aktivləşir və sizin hədiyyə qazanıb-qazanmadığınız  məlum olur.  Bu mərhələdə uduş əldə edib-etməməyinizdən asılı  olmayaraq mayın 31-də keçiriləcək  tirajlı lotereyada  iştirak edəcəksiniz.  Tirajlı lotereya zamanı baş sponsor Nurgun Motors-dan Nissan Sunny, festivalın digər sponsorları – Baku Electornics,  Bravo hipermarketi və  Park Bulvardan  soyuducu, paltaryuyan maşın, tozsoran,  televizor  və digər dəyərli hədiyyələr qazanmaq imkanı əldə edirsiniz.

Festivalın bitməyə 5 gün qaldı. Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın!

Azərbaycan Konqreslər Bürosu şopinq həvəskarlarının nəzərinə çatdırır ki, mayın 31-dək davam edəcək festival müddətində alış-veriş etməklə onlayn lotereyanın birbaşa iştirakçısına çevrilən alıcılar 10,000-dən çox dəyərli hədiyyəyə və əsas uduş olan "Nissan Sunny" avtomobilinə sahib olmaq imkanı qazanacaqlar! Bunun üçün heç bir lotereya bileti almağa ehtiyac yoxdur. Sadəcə alış-verişinizi təsdiqləyən sənəd (çek və ya Vergi Hesab Fakturası) Sizin lotereya biletiniz olaraq uduşda iştirak etməyinizə imkan verəcək.

Festivalda iştirak edən mağazalarla Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

S.Xankişiyeva

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər