Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış edib

17:20 - 30 / 05 / 2018
Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi təşəbbüsü ilə çıxış edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb.

İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.

S.Xankişiyeva

 

Paylaş:
640

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər