İraq türkmanlarının mübarizəsinin nəticəsi: səslər yenidən sayılacaq - FOTO | 1news.az | Xəbərlər
Dünya

İraq türkmanlarının mübarizəsinin nəticəsi: səslər yenidən sayılacaq - FOTO

15:57 - 31 / 05 / 2018
İraq türkmanlarının mübarizəsinin nəticəsi: səslər yenidən sayılacaq - FOTO

İraqda mayın 12-də keçirilən parlament seçkilərinin nəticələri Kərkükdə etirazlarla qarşılanmışdı.

1news.az xəbər verir ki, türkmanlar səslərin saxtalaşdırıldığını və buna görə də yenidən hesablanmasını tələb edirdilər. Məhz bu səbəbdən də İraqın digər bölgələrində seçkilərin nəticələri açıqlansa da, Kərkükdə bir qədər gec açıqlandı. Türkmanlar seçkilər bitəndən seçki saxtakarlığına qarşı etirazlara başladılar.


İraq türkmanlarının lideri, Türkməneli Partiyasının sədri, sabiq millət vəkili Riyaz Sarıkahyanın sözlərinə görə, qanuna əsasən Kərkükdən 13 millət vəkili seçilir. Bunlardan bir yer mütləq xristian vətəndaşlar üçün nəzərdə tutulub – onların kvotasıdır. Qalan 12 millət vəkili isə seçki prosesində mübarziə apararaq, seçilir: "Son nəticəyə əsasən türkmənlərdən 3, ərəblərdən də 3, amma kürdlərdən 6 millət vəkili seçildiyi bildirilir. Bayaq dediyim kimi, bir nəfər də xristian kvotasından seçilib".

O bildirib ki, Kərkükdə saxtakarlıq komputer sistemində edilib: “Bizdə səslər əllə deyil, elektron qaydada sayılıb. Vətəndaş istədiyi bir namizədə səs verir, amma səs ona deyil, proqramda öncədən seçilmiş başqa bir namizədə gedir. Komputer proqramını qarışdıran xüsusi məqsədli qrup isə Kərkük seçki komissiyasının öz işçiləri olub. Onlar seçkinin nəticələrini birbaşa Təlabani qrupunun xeyrinə dəyişiblər. Həmin işçilərin hamısı nəticələrin dəyişdirildiyi bilinən ilk saatlardaca Kərkükdən Süleymaniyyəyə qaçıblar. Amma onu da deyim ki, Kərkük kimi həssas bir şəhərdə Amerika və digər maraqlı mərkəzlərdən icazəsiz elektron proqramı bu şəkildə poza bilməzdilər".

Riyaz Sarıkahya bildirib ki, proqramın dəyişdirilməsinin başlıca məqsədi səsləri kürd namizədlərin hesabına yönləndirmək olub: "Lakin bir məsələ də var ki, kürd hərəkatının dəstəkləmədiyi, kimliyindən asılı olmayaraq, istənilən namizədin yolunu bağlamağa çalışıblar. Kərkükdə Hasan Turan, Tuz Hurmatuda Niyazi bəy və Cassim bəy də milli siyasət yürütdükləri üçün kənarda qalıblar. Mənə gəlincə, milli layihələrimə görə seçilmədiyimi bildirdilər. Hansı ki, Kərkükdə əhalinin əksəriyyəti birmənalı şəkildə mənim seçiləcəyimi düşünürdü. Bu gün seçkinin nəticələrinin böyük miqyasda saxtalaşdırıldığını seçki komissiyasının özü də qəbul edir. Kərkükdəki qanun pozuntuları 67 faiz olaraq təsdiqlənib. Hətta Seçki Komissiyasının rəhbərlərindən olan Sait Kakai bunu teleproqramda da etiraf elədi və etiraz olaraq komissiyadan istefa verdi".

Türkman xalqı nəticələrin ləğvinə səbəb ola biləcək çox sayda saxtakarlıq faktını əlaqədar orqanlara təqdim etsələr də, iki həftədən artıq idi ki, onlara baxan yox idi. Amma artıq İraq türkmanlarının 16 gün davam edən haqq mübarizəsinin nəticəsini verdiyini demək olar. Belə ki, baş nazir Heydər əl-İbadi Ali Seçki Şurasını nəticələri yenidən və əllə saymağa çağırıb. Səslərin yenidən və əllə sayılması isə İraqın üçüncü iri xalqı olan 3 milyondan artıq turkmanın ölkənin siyasi sferası üzərində ilk böyük qələbəsi sayılmalıdır. Əgər səslərin yenidən və əllə sayılması baş tutsa, deməli, türkmanların səs verdikləri namizədlər onları qanunverici orqanda təmsil edəcək və milli davalaını, haqları uğrunda mübarizələrini aparacaq.

P.Sultanova

 

 

 

 

 

 

Paylaş:
409

Sizin üçün xəbərlər

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər