Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ”-la toqquşaraq aşıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ”-la toqquşaraq aşıb - FOTO - YENİLƏNİB

13:38 - 01 / 06 / 2018
Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ”-la toqquşaraq aşıb - FOTO - YENİLƏNİB

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

1news.az Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

1news.az

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

1news.az APA-ya istinadla xəbər verir ki, avtobusda Tbilisidən Bakıya gələn

Gürcüstan vətəndaşı olan 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.

1news.az

 

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər