Mərkəzi Bankın valyuta ehtiyatları artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

16:53 - 05 / 06 / 2018
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AMB-dən 1news.az-a verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  iyunun 1-nə 5 mlrd. 471,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 464 mln. dollar və ya 13,4% çoxdur.

Aprel ayı ilə müqayisədə isə mayda Mərkəzi Bankın valyuta ehtiyatları 5,6 mln. dollar və ya 0,1% artıb.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər