Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürür | 1news.az | Xəbərlər
İdman

Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürür

09:46 - 05 / 06 / 2018
Bakıda velosipedin BMX növü üzrə dünya çempionatı start götürür

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək.

1news.az-ın məlumatına görə, Veloparkda (Şıxov) keçiriləcək və iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də  Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Qeyd edək ki, velosiped idmanının Olimpiya növü olan BMX üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək sayca dördüncü dünya çempionatıdır.

Çempionatın keçiriləcəyi BMX stadionu 2014-cü ildə tikilib və burada ilk Avropa Oyunlarının BMX üzrə velosiped yarışları uğurla təşkil olunub. Lakin 2016-cı ildə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) BMX stadionlarının standartlarını dəyişib. Trekin uzunluğu, eni, döngələrin hündürlüyü artırılıb, maneələrin konfiqurasiyası dəyişdirilib.

Bakıda keçiriləcək dünya çempionatı üçün talisman Qafqaz bəbiri seçilib.

1news.az

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər