Daha 164 dövlət əmlakı hərraca çıxarılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daha 164 dövlət əmlakı hərraca çıxarılır

17:42 - 11 / 06 / 2018
Daha 164 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən iyul ayının 10-da növbəti hərrac baş tutacaq.

Komitənin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var.

Budəfəki hərracda ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan kiçik dövlət müəssisə və obyektləri Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir.

"Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir. Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Çinar" soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var.

Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı göstərmək olar. Belə ki, əhalinin kənd məhsullarına olan tələbatının yüksək olduğunu nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür.

Əmlakın ümumi faydalı sahəsi 980 kvadratmetrdən çox, torpaq sahəsi isə 26 min kvadratmetrdən artıqdır. Tikinti sahəsində betona olan tələbi təmin edərək gəlir götürmək üçün Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Beton və məhlul istehsal edən sahə uğurlu seçim ola bilər", - deyə məlumatda vurğulanıb.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 37-si Bakıda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 11 kvadratmetr ilə 154 kvadratmetr arasında dəyişir.

Ölkə vətəndaşları ilə bərabər, xarici investorlar da prosesə elektron hərrac vasitəsilə qoşula bilər.

1news.az

Paylaş:
375

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər