Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:25 - 11 / 06 / 2018
Bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

“Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda vurğulanıb.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər