Bakı-Sumqayıt qatarına əlavə vaqonlar qoşulacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Sumqayıt qatarına əlavə vaqonlar qoşulacaq

15:36 - 28 / 06 / 2018
Bakı-Sumqayıt qatarına əlavə vaqonlar qoşulacaq

Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri ilə əlaqədar yollarda uzun tıxac yarandığından,  Bakı-Sumqayıt-Bakı istiqamətində  hərəkət edən elektrik qatarlarının xidmətindən istifadə edən sərnişinlərin sayı artıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, sərnişin sıxlığının tənzimlənməsi məqsədilə, Bakı-Sumqayıt avtomobil yolunda təmir işləri başa çatana kimi,  bu gündən (28 iyundan) etibarən Bakıdan 18.30-da, Sumqayıtdan  saat 08.00-da yola düşən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına əlavə heyət qoşularaq, birləşdirilmiş halda ikiqruplu qatar kimi hərəkət edir.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər