Mingəçevir İES-in transformatorunda yanğın baş verib – FOTO – VİDEO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevir İES-in transformatorunda yanğın baş verib – FOTO – VİDEO  

15:01 - 05 / 07 / 2018
Mingəçevir İES-in transformatorunda yanğın baş verib – FOTO – VİDEO  

Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.

Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.

Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

S.Xankişiyeva

Paylaş:
1171

Son xəbərlər

Bütün xəbərlər