Məşhur müğənni paltarları üçün ev kirayə götürüb: “50 yaşımdan sonra sərgi keçirəcəm” | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur müğənni paltarları üçün ev kirayə götürüb: “50 yaşımdan sonra sərgi keçirəcəm”

16:38 - 06 / 07 / 2018
Məşhur müğənni paltarları üçün ev kirayə götürüb: “50 yaşımdan sonra sərgi keçirəcəm”

Rusiyalı müğənni Nikolay Baskov geyimlərini saxlamaq üçün ev kirayəyə götürüb.

1news.az Axşam.az-a istinadən xəbər verir ki, geyindiyi fərqli pencəkləri ilə hər zaman seçilən xalq artisti yaşadığı evdə yer olmadığını deyib. Elə buna görə də onları başqa bir mənzildə saxlayır.

O bildirib ki, aldığı bir çox geyimləri hələ də istifadə etməyib:

“Onlar asılqanda alındığı kimi dayanıb. Pencəklərimi isə səliqəli geyindikdən sonra yerinə asıram. 50 yaşımdan sonra geyimlərimdən ibarət sərgi keçirəcəm”.

1news.az

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər