Qubadakı oteldə kanat xətti qırıldı: ölən və yaralanan var – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadakı oteldə kanat xətti qırıldı: ölən və yaralanan var – FOTO – YENİLƏNİB

16:20 - 09 / 07 / 2018
Qubadakı oteldə kanat xətti qırıldı: ölən və yaralanan var – FOTO – YENİLƏNİB

“Quba Palace Hotel”in marketinq şöbəsinin müdiri Ceyhun Yəhyayevin verdiyi məlumata görə, hadisə “Скадо строй монтаж” şirkətinin əməkdaşlarının ehtiyatsızlığı səbəbindən baş verib:

“Bu ilin iyun ayının 23-dən etibarən Rusiyanın “Скадо строй монтаж” şirkəti tərəfindən “Quba Palace Hotel” otelinin kanat yolunda planlı təmir işləri həyata keçirilir. Təmir işləri başlandığı tarixdən etibarən kanat yolunun fəaliyyəti tam dayandırılıb. “Скадо строй монтаж” şirkəti tərəfindən aparılan təmir zamanı bədbəxt hadisə baş verib. Hadisə zamanı təmiri həyata keçirən işçilərdən biri həlak olmuş, iki nəfər yüngül xəsarət alıb”.

Həmçinin C.Yəhyayev bildiririb ki, xəbər saytlarında ilkin verilən məlumatlar həqiqəti əks etdirmir.

“Təmir işləri otelin istirahət zonasından tamamilə kənarda aparıldığından, baş verən hadisə qonaqların istirahətinə hər hansı bir şəkildə narahatlıq yaratmayıb. Qonaqların istirahəti təhlükəsiz şəkildə davam edir”.

15.45

Qubada yerləşən “Quba Palace Hotel”ə (əvvəlki adı Quba Rixos) məxsus olan kanat qırılıb.

1news.az-ın verdiyi xəbərə görə, hadisə zamanı ölən və yaralananlar olub.

Hadisə zamanı kanatı təmir edən Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Bundan başqa, digər təmir işçiləri Quba sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

S.Xankişiyeva

Paylaş:
2428

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər