Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc etdi

12:10 - 10 / 07 / 2018
Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc etdi

Məşhur gündəlik Şotland qəzeti olan “The Scotsman”ın (“Şotlandiyalı”) oxucuları Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını bilmək imkanı əldə ediblər.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilmiş qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub.

Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən   80-dən çox BANM tələbəsinin adları vardır. Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

“The Scotsman” qəzeti  1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.

S.Xankişiyeva

 

 

 

Paylaş:
357

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər