DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO

09:32 - 11 / 07 / 2018
DÇ-2018: ilk finalçı Fransa oldu - VİDEO

İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının ilk yarımfinal mərhələsinin oyunu keçirilib. Meydana Fransa və Belçika yığmaları çıxıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Sankt Peterburq Arena” stadionunda keçirilən görüşdə Fransa millisi Belçika yığmasını minimal hesabla məğlub edib (1:0).

Mundialın favoritləri sayılan hər iki komandanın qarşılaşmasında ilk dəqiqələrdən hər iki komanda bir neçə təhlükəli hücumlar yaradıb. Buna baxmayaraq, ilk hissədə hesab açılmayıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə hesabı fransızlar açıb. Antuan Qrizmanın künc ötürməsini Samuel Umtiti dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0.

Beləliklə, Fransa millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Fransızların final mərhələsindəki rəqibi bu gün keçiriləcək İngiltərə-Xorvatiya görüşündən sonra bilinəcək.

Xatırladaq ki, Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə beşqat dünya çempionu Braziliyanı millisini 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.

1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

1998-ci il dünya çempionatının qalibi olan Fransa 1998-ci və 2006-cı illərdə finala vəsiqə qazana bilib. Beləliklə, Fransa millisi tarixində üçüncü dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ qazanıb.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Mundialın üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

1news.az

Paylaş:
1009

Sizin üçün xəbərlər

Son xəbərlər

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36
Bütün xəbərlər