Bu qurum BNA-dan alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qurum BNA-dan alındı

09:30 - 12 / 07 / 2018
Bu qurum BNA-dan alındı

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin (BNA) strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında 2016-cı il 4 mart tarixli 113 nömrəli qərarı ləğv edib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər