Məşhur aktyordan həyat yoldaşına yarım milyonluq hədiyyə | 1news.az | Xəbərlər
Mədəniyyət

Məşhur aktyordan həyat yoldaşına yarım milyonluq hədiyyə

16:41 - 16 / 07 / 2018
Məşhur aktyordan həyat yoldaşına yarım milyonluq hədiyyə

Məşhur model və aktyor Burak Özçivit bir reklam filmində çəkilmək üçün 4 milyon lirə (1.6 milyon manat) qonorar alıb.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, Burak həyat yoldaşına və özünə bahalı avtomobil alıb.

Burak özünə 1998-ci il istehsalı olan kabriolet “Mercedes” alıb. Maşın üçün isə 200 min lirə (80 min manat) ödəyib.

Burak həyat yoldaşı Fahriye Evcənə isə evliliklərinin ildönümü münasibətilə 500 min lirəlik (200 min manata yaxın) “Mercedes” markalı maşın alıb.

S.Xankişiyeva

 

Paylaş:
967

Son xəbərlər

Bütün xəbərlər