Xalq Bank birinci yarımilliyi uğurla başa vurdu
2018-ci ilin II rübünün yekunlarına əsasən “Xalq Bank” ASC əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
Bankın aktivləri 2018-ci ilin altı ayı ərzində 9.04% artaraq 1,977.52 mlrd. manat təşkil edib. Kredit portfelinin həcmi 2017-ci ilin sonu ilə müqayisədə 1.37% artaraq 1,330.02 mlrd. manata çatıb. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricidir.
1 iyul 2018-ci il tarixinə bankın cəmi kapitalı 273,693 mln. manat, nizamnamə kapitalı isə 225,078 mln. manat təşkil edir. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi cari ilin altı ayı ərzində 4.33% artaraq 1,221.62 mlrd. manata çatıb. Bank I yarımilliyi 12,318.49 mln. manat xalis mənfəətlə başa vurub.
Əlavə olaraq, cari ilin iyul ayında “Moody’s Investors Service” beynəlxalq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “Pozitiv”olaraq müəyyən edib.
Cari ilin birinci yarımillikdə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirib.
Reklam hüququnda