Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir" | 1news.az | Xəbərlər
Cəmiyyət

Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir"

13:32 - 20 / 07 / 2018
Yusif Məmmədəliyev: "Azərbaycan dövləti gənclərə güvənir"

“Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün onlarla birgə çalışır”. 
 
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev bildirib. 
  
Y. Məmmədəliyev deyib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil: “Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində Gənclər Təşkilatları Milli Şurası gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir”.

1news.az

Paylaş:
705

Son xəbərlər

Bütün xəbərlər