Gürcü polis azərbaycanlı oğrunu qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcü polis azərbaycanlı oğrunu qətlə yetirib

17:05 - 23 / 07 / 2018
Gürcü polis azərbaycanlı oğrunu qətlə yetirib

Bu gün səhər saatlarında Gürcüstanın Poti şəhərində ödəmə terminalını qarət edərkən polis tərəfindən qətlə yetirilmiş şəxsin kimliyi müəyyən olunub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, həmin şəxs 20 yaşlı Nazim Quzanovdur.

N.Quzanova atəş açmış polis əməkdaşı saxlanılıb.

Gürcüstanın Baş prokurorluğu insidentlə bağlı istintaqa başlayıb.

N.Quzanov əvvəlki illərdə oğurluq, xuliqanlıq, polisə tabe olmamaq və marixuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.

Qeyd edək ki, Potidə baş vermiş insident zamanı N. Quzanov polis əməkdaşlarına təslim olmayaraq, onlara fiziki müqavimət göstərib. Qarşıdurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyəsindən ölümcül yaralayıb.

S.Xankişiyeva

 

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər