“Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində təhsil avtobusu 2000 km səyahət etdi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində təhsil avtobusu 2000 km səyahət etdi – FOTO

16:33 - 26 / 07 / 2018
“Azərbaycan üçün Öyrət” proqramı çərçivəsində təhsil avtobusu 2000 km səyahət etdi – FOTO

“Azərbaycan üçün Öyrət” təhsil proqramı çərçivəsində artıq üçüncü ildir ki, həyata keçirilən “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsi başa çatıb.

1news.az-ın verdiyi xəbərə görə, yay məktəbinin iyulun 16-da təhsil nazirinin müavini, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə tədbiri keçirilib.

Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov Yay məktəbinin şagirdlərin şəxsi inkişaflarına, eləcə də dünyagörüşünün formalaşmasına təsir etmək, dərslərinə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb və layihə heyətinə uğurlar arzulayıb.

İyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 18  kənd, 17  şəhər məktəbindən dərs göstəricisi orta və zəif olan ümumilikdə 140-a yaxın şagird iştirak edib. Bu məktəblər sırasında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə kəndlərdə tikilən modul tipli məktəblər də olub.

Yay məktəbi müddətində şagirdlər «Mənim uğurlu karyeram», “Kommunikasiya”, “Robotlarla iş”, «Sığorta” adlı təlimlərdə iştirak ediblər və «Nə? Harada? Nə zaman?» intellektual oyunu, “Code Tusi» komanda oyununa oyununa qatılıblar.  Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.

Qeyd edək ki, 2016 və 2017-ci ildə keçirilən “Təhsil Avtobusu” yay məktəbləri nəticəsində16 gün ərzində 4000 km yol qət edilmiş, Bakı və 10 rayonun (Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı, Zaqatala) 12 şəhər və 13 kənd-qəsəbə məktəbi, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbə cəlb edilmiş, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilmişdir.

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsasvdəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi” , “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilib.

Layihənin rəsmi informasiya dəstəkçiləri “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.

S.Xankişiyeva

 

Paylaş:
602

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilibBu gün, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTOBu gün, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaqBu gün, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülübBu gün, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilibBu gün, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıbBu gün, 17:32“Azərişıq” abonentlərə müraciət edibBu gün, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənibBu gün, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdürBu gün, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edibBu gün, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıbBu gün, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİBBu gün, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölübBu gün, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıbBu gün, 16:04Tovuzda evdə yanğın olubBu gün, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edibBu gün, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıbBu gün, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıbBu gün, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıbBu gün, 14:49
Bütün xəbərlər