Potap: “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır | 1news.az | Xəbərlər
Mədəniyyət

Potap: “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır

12:03 - 28 / 07 / 2018
 Potap: “Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır

Azərbaycan xalqı olduqca qonaqpərvərdir. Bakıda özümü doğma evimdəki kimi hiss edirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Jara” festivalının iştirakçısı, tanınmış ifaçı Potap deyib.

Bakı tamaşaçılarında yüksək musiqi duyumu olduğunu vurğulayan tanınmış prodüser Azərbaycan folkloru və mətbəxi ilə bağlı təəssüratlarını da bölüşüb: “Sizin sevgi haqqında mahnılarınızı uşaq vaxtlarımdan bilirəm. Azərbaycanda çoxlu dostlarım var. Məşhur “Bakılı oğlanlar”ın “KVN”dəki çıxışlarını hələ də unutmamışam. İnsanlarınız çox mehriban və istiqanlıdır. Məni tez-tez qonaqlıqlara dəvət edirlər. Yeməkləriniz olduqca dadlıdır”.

“Jara” xalqları, insanları dostluğa səsləyən festivaldır. Mənim də arzum odur ki, qoy dostluq, qardaşlıq zəfər çalsın”, - deyə Potap bildirib.

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər