Cocuq Mərcanlıda yerli sakinlərlə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda yerli sakinlərlə görüş keçirilib

22:00 - 28 / 07 / 2018
Cocuq Mərcanlıda yerli sakinlərlə görüş keçirilib

Aprel döyüşlərində qazanılan qələbədən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsi, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində kəndin qısa müddətdə bərpa olunması Böyük Qayıdışın başlanğıcıdır.

Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, qəhrəman əsgər, gizir və zabitlərimizin şücaəti nəticəsində bu gün kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlının vətənpərvər sakinləri ordumuzun keşiyində mətanətlə dayandığı bu torpaqlarda yaşamaq, oxumaq və işləməklə öz yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin doğma Qarabağa qayıtmağa daim hazır olduqlarını göstərirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Cocuq Mərcanlı kəndində yerli sakinlərlə keçirdiyi görüşdə səsləndirilib.

Dövlət komitəsinin sədri uzun illər respublikanın müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib.

Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə, eyni zamanda, onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Paylaş:
520

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər