Elçin Quliyev: Vətən torpağının astanasında üçrəngli bayrağımız altında xidmət aparmaq böyük şərəfdir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev: Vətən torpağının astanasında üçrəngli bayrağımız altında xidmət aparmaq böyük şərəfdir – FOTO

14:04 - 30 / 07 / 2018
Elçin Quliyev: Vətən torpağının astanasında üçrəngli bayrağımız altında xidmət aparmaq böyük şərəfdir – FOTO

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

1news.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən xəbərə görə, gənc sərhədçilər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafındakı misilsiz xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə yüksəlməsini xüsusi qeyd edib.

Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda hər bir döyüş tapşırığını yerinə yetirməyə, işğal altında olan torpaqlarımızda Azərbaycanın suveren hüquqlarının bərpası uğrunda savaşa daim hazır olması xüsusi vurğulanıb, Vətən torpağının astanasında – dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında xidmət aparmağın hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf olması qeyd edilib.

General-polkovnik Elçin Quliyev Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildirmiş, onlara müvəffəqiyyətlər arzulayıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarını təbrik edərək Vətən sərhədlə-rinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmə mərasimi başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini və səmərəli olmasını bildirib, oğullarının hərbi andı qəbul edərkən keçiridikləri qürur hissləri münasibətilə hər bir valideyni təbrik edib.

28 iyul 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz və Lənkəran sərhəd dəstələrində də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

S.Xankişiyeva

 

Paylaş:
933

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər