686 bal toplayan qız universitetdən imtina etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

686 bal toplayan qız universitetdən imtina etdi

16:55 - 30 / 07 / 2018
686 bal toplayan qız universitetdən imtina etdi

Zöhrə İsmayılova adlı xanım sosial şəbəkələrdə diqqəti öz üzərinə cəlb edə bilib.
 
1news.az
Azxeber.com-a istinadən xəbər verir ki, Zöhrə İsmayılova bir neçə il öncə Bakı Dövlət Universitetinə qəbul olub. Burada bir neçə il oxuyan Zöhrə daha sonra təhsilini yarımçıq qoyub və yenidən ali məktəbə imtahan vermək qərarına gəlib.
 
Növbəti qəbul imtahanında o 616 bal toplayıb. Ancaq bu dəfə də istədiyi ixtisasa qəbul olmadığı üçün universitetdə oxumaqdan imtina edib.
 
Zöhrə ötən ilki qəbul imtahanında 686 bal toplayaraq UFAZ-a (Azərbaycan - Fransa universiteti) qəbul olub. Burada bir neçə ay təhsil alan Zöhrə yenə də ənənəsinə sadiq qalaraq, universiteti yarımçıq tərk edib.
 
Bu il yenidən imtahan qatılan İsmayılova ilk imtahandan 650, ikincidən isə 675 bal toplayıb.
 
Yaxınların dediyinə görə, Zöhrənin ən böyük məqsədi 700 bal toplamaq olub. 
 
Onun bu dəfə hansı addım atacağı və hara qəbul olunacağı məlum deyil.

1news.az

Paylaş:
1370

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər