"Bakı Metropoliteni": Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir | 1news.az | Xəbərlər
Cəmiyyət

"Bakı Metropoliteni": Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir

13:39 - 31 / 07 / 2018
"Bakı Metropoliteni": Bir sərnişin daşınması 47 qəpiyə başa gəlir

Bakı Metropolitenində bir sərnişindaşınmasının istismar xərci 47 qəpik təşkil edir.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu xərclər yalnız istismar xərcləridir. O, qiymət artımından sonra belə Bakı metrosunda qiymətin digər postsovet ölkələri ilə müqayisədə aşağı olduğunu söyləyib:

"Bu rəqəm bizim pulla postsovet məkanı ölkələrindən Ukraynanın paytaxtı Kiyevdə 41-50, Minskdə 55, Daşkənddə 37 qəpik, Moskvada isə bir neçə dəfə yüksəkdir. Halbuki Rusiyanın metropoliten sahəsində böyük potensialı var. Bununla belə Azərbaycanda da metropolitenin inkişafı sahəsində böyük işlər görülür. Köhnə qstarlar yüksək səviyyədə təmir edilərək modernləşdirilir, yeni müasir qatarlar alınır. Bir məqsəd var - sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək.

B.Cahandarov

Paylaş:
408

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər