Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq müqaviləsi imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq müqaviləsi imzalanıb – FOTO

10:00 - 31 / 07 / 2018
Azərbaycan Milli Olimpiya Komitəsi və Toyota arasında tərəfdaşlıq müqaviləsi imzalanıb – FOTO

Bu ilin iyul ayında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK) və “Toyota Caucasus” şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Toyota-nın Qafqaz regionu üzrə prezidenti Mitsuru Konişi arasında imzalanıb.

Müqaviləyə əsasən, Toyota şirkəti 2018-ci ilin sonuna qədər Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının “Məğrur tərəfdaşı” qismində çıxış etmək hüququ qazanıb. Tərəfdaşlıq çərçivəsində “Toyota Caucasus” şirkəti  Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunları və 2-ci Beynəlxalq Həmrəylik Tennis Çempionatının təbliğində MOK-a dəstək göstərəcək.

Çingiz Hüseynzadə bu tərəfdaşlığı yüksək dəyərləndirərək söyləyib ki, dünyanın ən tanınmış avtomobil nəhənglərindən biri olan Toyota şirkəti ilə belə bir tərəfdaşlıq MOK üçün yenilikdir.

“Belə bir tərəfdaşlığın Buenos-Ayres 2018 Yeniyetmələrin Olimpiya Oyunları kimi tarixi əhəmiyyətli idman tədbiri ərəfəsində baş tutması mötəbər bir hadisədir. Bu tərəfdaşlığı 2019-cu ildə Minskdə keçiriləcək 2-ci Avropa Oyunları, Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrin Olimpiya Festivalı, nəhayət, Tokio 2020 Yay Olimpiya Oyunlarına qədər davam etdirməyə ümid edirik”, – deyə Çingiz Hüseynzadə bildirib.

Qeyd edək ki, Olimpiya və Paralimpiya hərəkatı ilə ümumdünya tərəfdaşlıq Toyota-nın təşəbbüsü ilə yaradılan ilk qlobal kampaniyadır və dünya üzrə bütün Toyota nümayəndəlikləri tərəfindən dəstəklənir.

“Toyota Caucasus” şirkətinin prezidenti Mitsuru Konişi öz növbəsində bildirib:

“Biz çox şadıq ki, Olimpiya/Paralimpiya ailəsinin bir hissəsi olduq. Çünki bu hərəkatın ruhu Toyota-nın daima təkmilləşmək və istənilən çətinliyin öhdəsindən gəlmək fəlsəfəsinə uyğundur. Biz həqiqətən də fəxr edirik ki, Azərbaycan idmançılarını dəstəkləmək, qarşıdakı oyunlarda onları ilhamlandırmaq fürsətinə malik olduq. Biz hər bir idmançının əzmkarlığını dəyərləndiririk və onların qalib gələcəyinə inanırıq. Azərbaycan Milli Olimpiya Komitəsinin tərəfdaşı olmaqdan fəxr hissi duyuruq”.

Reklam hüququnda

 

 

Paylaş:
960

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər