Heydər Camalın oğlu və iki həmkarı Afrikada qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Camalın oğlu və iki həmkarı Afrikada qətlə yetirilib

09:18 - 01 / 08 / 2018
Heydər Camalın oğlu və iki həmkarı Afrikada qətlə yetirilib

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

1news.az-ın məlumatına görə, jurnalistlərin meyitləri Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub.

Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.

Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.

Bu arada jurnalistlərin qətli ilə bağlı ilə bağlı bəzi təfərrüatlar açıqlanıb. APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, MAR-da qətlə yetirilən rusiyalı jurnalistlərin sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub. 

Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən saxlanılaraq gülləbaran edilib.

İnsidentin dəqiq səbəbi və təfərrüatları hələlik məlum deyil. Hücumun soyğunçuluq məqsədilə törədildiyi ehtimal olunur. 

RİA Novosti-nin xəbərinə görə, jurnalistlər MAR-da özəl hərbi kampaniyalara, xüsusən, rusiyalı muzdlulara həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olublar. 

Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlarına məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb. 

1news.az

Paylaş:
646

Son xəbərlər

Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09
Bütün xəbərlər