Xərçəngdən əziyyət çəkən "Toppuş bacı" əməliyyat olundu

Azərbaycanın əməkdar artisti “Toppuş bacı” ləqəbli sevilən aktirisa Tünzalə Əliyevanın cərrahiyyə əməliyyatı uğurla keçib.
1news.az xəbər verir ki, bu barədə Hacı Nuran “Facebook” səhifəsidə yazıb.
O, əməliyyat edən həkimlərə təşəkkürünü bildirib:
“Əməliyyatı edən gözəl xasiyyətə və səmimiyyətə sahib, insanlara köməyini əsirgəməyən həkim-cərrah, Milli Onkologiya Mərkəzinin onkoqinekoloqiya şöbəsinin müdürü Şəmistan Əliyevə dərin təşəkkürümü bildirirəm. Köməyə görə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə çox-çox minnətdaram. Allaha şükürlər olsun ki hər şey yaxşı keçdi. Hal-hazırda reanimasiya şöbəsindədir. Allah şəfa versin, ona dua edin”.
1news.az
719