“Toppuş bacı” yalandan xəbər yayanlara cavab verdi – VİDEO
Ötən gün xərçəng xəstəliyi səbəbi ilə əməliyyat olunan Əməkdar artist Tünzalə Əliyeva palataya köçürülüb.
Əməliyyatı uğurla keçən və özünü yaxşı hiss edən aktrisa açıqlama da verib. O, bəzi insanları onun xəstəliyi üzərində şou yaratdığı üçün qınayıb:
“Mənim üçün etdiyiniz dualara görə təşəkkür edirəm. Hazırda Milli Onkologiya Mərkəzindəyəm, müalicə alıram. Dünən nə az, nə çox 5 saat əməliyyat olundum. Bildiyiniz kimi, uşaqlıq boynumda bədxassəli şiş var idi. Mərkəzin direktoru və həkimlərinə dərin təşəkkürümü bildirirəm. İnşaallah, sağ-salamat yenə sənətimə dönəcəyəm. Yalandan xəbər yayanlara ki, mən xərçəng deyiləm, onlara üzümü tutub deyirəm, başqasının xəstəliyi üzərində şou qurmayın”.
S.Xankişiyeva
“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın