“Stereotipləri sındır”. Kamal: Əlillik həyatın sonu deyil – VİDEO

Əlil olandan sonra bir sıra problemlərlə qarşılaşdım.
1news.az “Stereotipləri sındır” rubrikasını davam etdirir.
Rubrikanın qonaqları həyatın, ictimai fikrin, bəzən də özünün maneələrinə qalib gələn insanlardır.
Rubrikamızın növbəti qonağı Kamaldır.
Kamal Məmmədov – Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvüdür və o, stereotipləri sındırıb:
“Əlil arabasında olanlara dilənçi kimi baxırlar. Dəfələrlə küçədə mənə yaxınlaşaraq pul təklif ediblər. Mənim üçün isə bu, adi hal alıb. Bir neçə dəfə isə onlara: “Niyə belə az?” sualını vermişəm”.
“Əlil insana ən yaxşı kömək pul təklif etmək deyil, ona dolanışığı üçün pul qazanmağa yardımçı olmaqdır. O, özü qazanmalıdır. Stereotiplər bu cür sınır”, - deyə o, qeyd edib.
Kamal öz həyatını rəngləndirərək 180 dərəcədə dəyişə bilib:
“Əlil olanda ağlıma gələn ilk fikir – hər şey bitdi, arzularım məhv oldu. Lakin indi ən əlçatmaz arzularım belə həyata keçir. Bunun üçün heç bir maneə yoxdur”.
“Tərcümeyi-halımı hazırlayarkən, orada 1-ci qrup əlil olduğumu qeyd etmirdim. Lakin məni əlil arabasında görən işəgötürənlər “Biz sizə zəng edərik” deyirdilər. Əlillik dünyanın sonu deyil, yeni başlanğıcdır”, - deyə Kamal sonda sözlərinə əlavə etdi.
“Stereotipləri sındır”. Bəşir: “Dəmirsiz” yaşaya bilmirəm – VİDEO
Əgər siz də elmi işlə məşğul olan döyüşçü, asudə vaxtında didjeyliklə məşğul olan müəllim, taksi sürücüsü-politoloq, bir sözlə sənəti ilə hobbisi bir-birinə zidd olanları tanıyırsınızsa, o zaman elektron ünvanımıza [email protected] və ya WhatsApp: (070) 269-00-45 nömrəmizə yazmağı unutmayın.
Maraqlı namizədləri tapıb, onlar haqqında oxucularımızı məlumatlandırmaq istərdik.
Tərcümə: S.Xankişiyeva