“Azərişıq” artıq borc yazılmasına aydınlıq gətirdi: heç bir şübhəniz olmasın | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərişıq” artıq borc yazılmasına aydınlıq gətirdi: heç bir şübhəniz olmasın

12:39 - 08 / 08 / 2018
“Azərişıq” artıq borc yazılmasına aydınlıq gətirdi: heç bir şübhəniz olmasın

Son günlər artıq işıqpulu gəlməsindən narahat olan hörmətli abonentlərimizin diqqətinə çatdırmaq istəyirəm ki, göstəricilər hər birinizin elektrik sayğaclarınızdan oxunaraq təqdim olunur.

1news.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev son günlər sosial şəbəkələrdə elektrik enerjisinə görə artıq borcun yazılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Tanımadığım bir abonentin mənə Facebookdan göndərdiyi bildirişin doğru olub-olmadığını sizlərlə birlikdə aydınlaşdırmaq istədim. Tamamilə doğru olduğuna heç bir şübhəsi olmasın. Buyura bilərsiniz: Abonentin saygacının son indeks göstəricisi 50 909 (04 avqust 2018-ci il tarixi), əvvəlki göstərici 50 492 (05 iyul 2018-ci il). 50 909 - 50 492 = 417 (Orta məktəbdə hər halda həndəsəni yaxşı oxumasam da, Cəbr (Riyaziyyat) fənnindən 5 almışam).

30 gün ərzində hörmətli abonent 417 kvt/s. elektrik enerjisindən istifadə edib. 300 kvt/s. X 0,07 = 21 AZN (300 kvt/s. - Güzəştli tarif - 0,07 AZN-la hesablanır). 417 kvt/s. - 300 kvt/s. = 117 kvt/s. edir. 117 kvt/s. X 0,11 = 12.87 AZN edi. Cəmi - 33,87 AZN. Bildirişdə də ödəniləcək məbləğ 33,87 AZN göstərilib”.

1news.az

Paylaş:
814

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər