Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb

11:43 - 09 / 08 / 2018
Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat veriblər.

Məlumata görə, ümumi (9 illik)  orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

1news.az

Paylaş:
524

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər